Главная > gundem / manset > Azərbaycanda nazirlik əməkdaşı həbs edildi - SƏBƏB

Azərbaycanda nazirlik əməkdaşı həbs edildi - SƏBƏB


18-03-2020, 17:07. Разместил: rovshen



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Nicat Nifdalıyevin barəsində cinayət işi başlanıb.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Ziya Şirinovun icraatına verilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq.

Qeyd edək ki, cinayət işi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Вернуться назад