Главная > gundem / sosial > ƏFLATUN AMAŞOV: Belə məqamlarda media nümayəndələri daha diqqətli olmalıdır

ƏFLATUN AMAŞOV: Belə məqamlarda media nümayəndələri daha diqqətli olmalıdır


17-03-2020, 23:00. Разместил: rovshen
"Jurnalistin işi dünyada və ölkədə baş verən prosesləri cəmiyyətə çatdırmaqdır.Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gündə bir neçə dəfə məlumat yayır. Bu informasiyaların verilməsi önəmlidir. Bir sıra sayt rəhbərləri qeyri-peşəkar ola bilərlər. Amma onlar da cəmiyyətin, insanların psixoloji durumunu nəzərə almalı və Operativ Qərargahın məlumatlarına istinad etməlidirlər".

Bu sözləri Redaktor.az-a danışarkən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O bildirib ki, virusla bağlı məsələ yeni gündəmə gələndə, əksəriyyət kimdənsə eşitdiyi, yoxlanılmamış məlumatları, müəyyən səs yazılarını yayımlayırdı:

"Daha sonra məsələ ciddiləşdi və Operativ Qərərgah yaradıldıqdan sonra, Qərargahın məlumatlarına istinad etməyə başladılar. Hazırda sosial izolyasiya həyata keçirilir, monitorinqlər aparılır. Azərbaycan mediası koronavirusla bağlı ÜST-ün və Operativ Qərargahın məlumatları, göstəriş və tövsiyyələrinə əsaslanan xəbərləri verir".

Sədr qeyd edib ki, məsələnin ciddiliyini Azərbaycan mediası kifayət qədər yaxşı qiymətləndirir, ona görə də Operativ Qərargahın məlumatlarına əsaslanır:

"İnsanlar virusla bağlı təşviş içərisindədir, özlərini, ailələrini necə qoruya biləcəkləri barədə narahatlıq keçirirlər. Buna görə də onlar birbaşa mediyaya üz tuturlar. Cəmiyyətə real vəziyyət aşılanmalıdır. Həssas zamanlarda əsas məsuliyyət medianın və jurnalistlərin üzərinə düşür. Belə məqamlarda media nümayəndələri daha diqqətli olmalı, informasiyanı rəsmi məlumatlar əsasında yaymalıdırlar".
Вернуться назад