Главная > gundem / dunya > Virus Paşinyanın planlarını POZDU - GƏLİŞMƏ

Virus Paşinyanın planlarını POZDU - GƏLİŞMƏ


17-03-2020, 14:09. Разместил: rovshen

Ermənistan hökuməti koronavirusa görə ölkə üzrə bir ay müddətinə fövqəladə vəziyyət rejiminin tətbiq olunduğunu elan edib.

Bunu respublikanın ədliyyə naziri Rüstəm Badasyan Nazirlər Kabinetinin növbədənkənar iclasında çıxışı zamanı deyib. Martın 16-sı saat 17:00-dan 16 aprel 09:00-dək respublika üzrə fövqəladə vəziyyət elan edilib. Respublikanın nəzarət-buraxılış məntəqələri xüsusi rejimdə işləyəcək. Ermənistana giriş-çıxış zamanı məhdudiyyətlər tətbiq ediləcək.

Respublika daxilində hərəkətə məhdudiyyətlər də tətbiq edilə bilər. Fövqəladə vəziyyət çərçivəsində KİV bir ay ərzində epidemioloji vəziyyətlə bağlı yalnız rəsmi məlumatı dərc etməli olacaq. Ay ərzində Silahlı Qüvvələrə, tibb müəssisələrinə və həbsxanalara köçürmə və ziyarətlər də qadağandır. Fövqəladə vəziyyət tətbiq edildikdən sonra ictimai iaşə obyektlərinin, əyləncə, mədəniyyət və təhsil orqnlarının fəaliyyəti qadağan edilib. Aprelin 16-a qədər Ermənistan ərazisində bütün kütləvi və əyləncəli tədbirlər, həmçinin aksiyalar qadağan olunub. Eyni zamanda, paytaxt İrəvan da daxuil olmaqla bir sıra şəhərlərdə komendant saatı tətbiq ediləcək. Hökumətinin qərarı parlamentin təsdiqinə göndəriləcək. Qeyd edək ki, hazırda Ermənistanda 30 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib. 300 nəfər isə koronavirusa yoluxma şübhəsi ilə karantinə alınıb. Aprelin 5-də Ermənistanda konstitusiya referendumu keçirilməlidir. Lakin fövqəladə vəziyyətlə bağlı qərara əsasən, ölkədə ümumxalq səsverməsi öncəsi təbliğat və təşviqat kampaniyası ilə bağlı bütün tədbirlər təxirə salınır. Bütün siyasi partiyalar fəaliyyətini müvəqqəti dayandırır , mitiniqlərin, nümayişlərin və piketlərin keçirilməsi qadağan olunur. Fövqəladə vəziyyət şəraitində ölkədə seçkilər və referendum keçirilə bilməz.

Ermənistan konstitusiyasının 208-ci maddəsi fövqəladə vəziyyət şəraitində referendum keçirilməsinə icazə vermir. Bu səbəbdən də aprelin 5-də Ermənistanda referndumun təxirə salınacağı, yaxud başqa vaxta keçiriləcəyi qaçıqlmaz hesab edilir. Bakı Dövlət Universitetinin böyük elmi işçisi, ermənişünas alim İsmayıl Tanrıverdinin açıqlamasına görə, referendumla bağlı Ermənistan hakimiyyətində fikir ayrılığı yaranıb. Hökumət üzvləri fövqəladə vəziyyət şəraitində konstitusiyaya düzəlişlərlə bağlı səsvermənin başqa vaxta keçirilməsini təklif edir. Lakin baş nazir Nikol Paşinyan referendumun keçirilməsində israr edir və nəyin bahasına olur-olsun səsvermənin baş tutmasına çalışır. Lakin Ermənistan qanunvericiliyi N.Paşinyanın ümumxalq səsverməsi keçirməsinə yol vermir. “Referendum haqqında” Konstitusiya Qanununun 12-ci maddəsinə uyğun olaraq, fövqəladə və ya hərbi vəziyyətə görə təyin olunmamış referendum hərbi vəziyyətin və ya fövqəladə vəziyyətin bitməsindən sonra 50-dən və 65 gündən gec olmayaraq keçirilməlidir. Ermənistan Prezidenti fövqəladə vəziyyət və ya hərbi vəziyyət bitdikdən sonra üç gün ərzində referendum çağırır. Yəni 5 aprel tarixinə təyin edilmiş referendum yalnız fövqəladə vəziyyət bitdikdən sonra təxirə salına və yenidən təyin edilə bilər. Ona görə də fövqəladə vəziyyət aprelin 16-da başa çatdığına görə, referendum iyunun 15-dən-25-ə qədər təyin edilə bilər.
Cebhe.info
Вернуться назад