Главная > gundem / sosial > Əlilliyin təyin edilməsi ilə bağlı yeni meyarlar üzərində işlər gedir — Komitə sədri

Əlilliyin təyin edilməsi ilə bağlı yeni meyarlar üzərində işlər gedir — Komitə sədri


16-03-2020, 15:51. Разместил: rovshen


Deputat əlilliyin təyin olunması ilə narazılıqların aradan qaldırılması ilə bağlı parlamentdə Səhiyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin iştirakı ilə birgə dinləmə keçirilməlidir.
“Ölkə.Az” xəbər verir ki, belə bir təkliflə Milli Məclisin əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında millət vəkili İlham Məmədov çıxış edib.
Onun sözlərinə görə, əlilliyin təyin olunmasında ciddi problemlər mövcuddur və bu problemin aradan qaldırılması lazımdır. “Bu problemin Milli Məclisdə daha ciddi formada müzakirə olunmasına ehtiyac var. Bu məqsədlə Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin iştirakı ilə birgə parlamentdə dinləmələr keçirilməlidir. Çünki bəzi hallarda əlliliyin təyin olunmasında hər iki qurumun qarşılqlı bir birini ittiham edir. Bu vacib dinləmələrdən biri olar”- millət vəkili deyib.

Deputat eyni zamanda şəhid ailələrinin adlarının əbədiləşdiirlməsi, həmçinin Qarabağ döyüşlərində iştirak edib, ancaq indiyədək veteran adını ala bilməyən şəxslərin problemini qaldıraraq problemin həllinin vacibliyini qeyd edib. “Bu məqsədlə şəhidlərin adının əbədiləşdiirlməsi və veteranlarla bağlı qanununvericiliyə dəyişiklik edilməsinə zərurət var. O baxımdan mövcud qanunalrın monitirinqi keçirilməlidir. Çünki bəzi şəxslər döyüşdə olmasa da, hərbi tapşırığı yerinə yetirərkən Qarabağda dünyasını dəyişib. Həmin hərbçilərin valideynləri övladlarına şəhid statusunun verilməsini tələb edirlər. Bundna əlavə olaraq birinci və ikinci Qarabağ müharibəsində iştirak edən şəxslər var ki, onlar hələ də veteran adını ala bilməyiblər. Ona görə də haqq-ədaləti təmin etmək üçün qanunlarda monitorinq aparılıb, boşluqlar aradan qaldıırlmalıdır”- deputata qeyd edib.
Komitə sədri Musa Quliyev deputatın qaldırdığı məsələni dəstəkləyərək bildirib ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi bu sitiqamətdə ciddi işlər aparır: “Artıq problem hökumətə də bəllidir. O baxımdan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyii əlilliyin təyin edilməsi ilə bağlı yeni meyarlar üzərində işləyirlər və təkmilləşdirmə işləri aparılır”.

Komitə sədri M. Quliyev əlavə edib ki, yeni meyarlara əsasən əlilliyiyin təyin edilməsi TƏBİB tərəfindən həyata keçiriləcək və bu məqsədlə yeni mərkzələr yaradılacaq.
Вернуться назад