Главная > gundem / manset > Yas mərasimlərinə məhdudiyyət qoyuldu - RƏSMİ AÇIQLAMA

Yas mərasimlərinə məhdudiyyət qoyuldu - RƏSMİ AÇIQLAMA


12-03-2020, 18:14. Разместил: rovshen


“Təzə Pir” məscidinin mərasim zalında yas mərasimlərinin keçirilməsinə məhdudiyyət qoyulub.

Millitv.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən bildirilib.

Məhdudiyyətin nə zaman aradan qaldırılacağı məlum deyil.

Qeyd edək ki, ötən həftə Qafqaz Müsəlmanları İdarəsində (QMİ) koronavirusla bağlı iclas keçirilib.

Tədbirdə çıxış edən QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, kütləvi yoluxma riskini nəzərə alaraq vətəndaşlarımızın sağlamlığı naminə müvəqqəti olaraq məscidlərimizdə moizələrin və birgə ibadətlərin təxirə salınmasını, camaat namazlarının uzadılmadan icra olunmasını, xütbələrin qısaldılmasını din xadimlərimizə və dindarlarımıza tövsiyə edir.

O, imkan daxilində dindarlarımızın evlərində fərdi qaydada namaz qılmalarını, sanitar-epidemioloji vəziyyət imkan vermədiyi təqdirdə məsciddaxili bütün tədbirlərin, mövlud, şəhadət, ehsan məclislərinin təxirə salınmasını məsləhət görüb.
Вернуться назад