Главная > idman > Güləşçilərimizin mübarizə aparacağı yarış koronavirusa görə azarkeşsiz keçirilə bilər

Güləşçilərimizin mübarizə aparacağı yarış koronavirusa görə azarkeşsiz keçirilə bilər


11-03-2020, 12:31. Разместил: rovshen


16-19 mart tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək güləş üzrə Avropa Olimpiya Təsnifat Turniri koronavirus infeksiyasına görə azarkeşsiz keçirilə bilər.

Bu barədə Oxu.Az-ın sorğusuna Macarıstan Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Deak Jiqmond cavab verib:

“Ümumdünya Güləş Birliyi Avropa Olimpiya Təsnifat Turnirini bu tarixdə keçirməyimizi istəyir. Macarıstan hökuməti bu gün bu barədə qərar verəcək. Böyük ehtimalla, yarış təxirə salınmayacaq, lakin azarkeşsiz keçiriləcək”.

Qeyd edək ki, bu yarışda Olimpiadaya vəsiqə qazanmaq üçün yunan-Roma, qadınlar və sərbəst güləşçilərimizin iştirakı nəzərdə tutulub.
Вернуться назад