Главная > gundem / siyaset > Bu həftə yeni çağırış Milli Məclis ilk iclasına toplanacaq
Bu həftə yeni çağırış Milli Məclis ilk iclasına toplanacaq9-03-2020, 09:37. Разместил: rovshen |
Bu həftə yeni çağırış Milli Məclisin ilk iclası keçiriləcək. Oxu.Az-ın məlumatına görə, Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini təsdiqlədiyi gündən etibarən bir həftə müddətində yeni çağırış parlament ilk iclasına toplanmalıdır. Bunun üçün ən son gün martın 12-nə düşür. Qeyd edək ki, martın 5-də Konstitusiya Məhkəməsi Milli Məclisə növbədənkənar seçkilərin nəticələrini təsdiqləyib. Fevralın 9-da keçirilən seçkilərlə əlaqədar 33 saylı Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 74 saylı Lənkəran Kənd və 80 saylı İmişli-Beyləqan Seçki dairələrinin nəticələri etibarsız sayılıb. Konstitusiya Məhkəməsi buna görə də 121 nəfərin deputatlığını təsdiq edib. Ümumilikdə 125 seçki dairəsi üzrə 87 seçki məntəqəsi buraxılıb, 328-nin isə nəticələri ləğv edilib. Вернуться назад |