Главная > gundem / manset > Həbs olunan başçı özü ilə daha kimləri aparacaq? - İDDİA

Həbs olunan başçı özü ilə daha kimləri aparacaq? - İDDİA


7-03-2020, 10:42. Разместил: rovshen


Ağstafa və Neftçala rayon icra hakimiyyəti başçılarının DTX tərəfindən həbsi ölkədə böyük ajiotaj doğurdu. Həbs ediləcək məmurların siyahısının daha geniş olduğuna dair versiyalar ortaya çıxdı.

İcra başçılarıyla paralel olaraq, daha bir neçə yüksək rütbəli məmurun azadlığını itirəcəyilə bağlı ciddi iddialar var. Ölkə başçısının son vaxtlar ard-arda verdiyi bəyanatlar bu iddialara yaşamaq hüququ qazandırıb.

Diqqətçəkən ən vacib məqamlardan biri isə odur ki, hər iki icra başçısı vəzifədən azad olunsa da, onlarla bağlı təyinat xeyli yubandı. Düzdür, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev həbs edildikdən sonra onu əvəzləmək Prezident Administrasiyasının məsul əməkdaşı Nəsir Muxtarlıya həvalə olundu. Amma Nəsir Muxtarlının başçını əvəzləməsi cəmi bir həftə çəkdi. Neftçalaya isə dünən yeni icra başçısı təyin olundu.

Neftçalaya yeni icra başçısı təyin olunanadan sonra Ağstafa rayonu ilə bağlı analoji addımın atılmaması çoxsaylı suallar doğurub. Hazırda rayon əhalisini ən çox bu sual düşündürür: Ağstafaya niyə yeni icra başçısı təyin olunmur?

Yenisabah.az saytı bu məsələni araşdıranda maraqlı məqamlar ortaya çıxıb. Məlum olub ki, Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyevin həbsindən iki ay yarım vaxt keçsə də, onunla bağlı aparılan istintaq hərəkətləri hələ yekunlaşmayıb. Məlumatlı şəxs deyib ki, hazırda rayonun digər rəhbər şəxslərinin Nizaməddin Quliyevlə əlbir olub-olmadığı araşdırılır. “Neftçalada təkcə icra başçısı İsmayıl Vəliyevi deyil, o cümlədən, onun müavinlərini, rayonun digər rəhbər şəxslərini də həbs etdilər.

Ağstafada isə əməliyyat icra başçısı Nizaməddin Quliyevin və onun birinci müavini Ramiz Tatarovun həbsiylə başa çatdı. Hansı ki, rayonun digər rəhbər şəxslərinin də müxtəlif xarakterli cinayət əməlləri törətdiyi istisna olunmur. Hüquq-mühafizə orqanlarında hesab edirlər ki, yeni icra başçısının gəlişi istintaqın gedişinə mane ola bilər. Bütün şübhəli məqamlara aydınlıq gətiriləndən sonra Ağstafanın icra başçısı postuna təyinat olacaq”, – deyə məlumatlı şəxs bildirib.

Mənbə istintaq hərəkətlərinin artıq yekunlaşmaq üzrə olduğunu deyərək, yaxın günlərdə Ağstafaya yeni icra başçısının təyin ediləcəyini bildirib.
Вернуться назад