Главная > gundem / manset > “YAĞMUR-2” MMC 718 min manat pulunu Zakir Fərəcovdan tələb edir

“YAĞMUR-2” MMC 718 min manat pulunu Zakir Fərəcovdan tələb edir


5-03-2020, 21:04. Разместил: rovshen

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla bağlı dövlət orqanlarına ünvanlanan şikayətlər, mediada dərc olunan tənqidi yazılar artmaqda davam edir. Həm də şikayət edənlər, bir-iki şirkət, yaxud 5-10 nəfər deyil.

Xeyli sayda şirkət, iş adamları, yüzlərlə işçi Zakir Fərəcovdan Sumqayıt şəhərinin abadlaşdırılması və quruculuğu prosesində sərf etdikləri vəsaitlərini, əmək haqlarını, avadanlıqlarının pulunu və s tələb etsələr də ortada konkret nəticə yoxdur. Yuxarı orqanlar problemin tezliklə həll olunacağını deyir, Zakir Fərəcov isə müxtəlif vədlər verir, amma neçə ildir problem yerində sayır.

Başçıdan öz haqqını tələb edən çoxsaylı şirkətlərdən biri də “YAĞMUR-2” MMC-dir. Məlumat üçün qeyd edək ki, “Yağmur-2” MMC məşhur “Rain Bird” şirkətinin rəsmi distribyutorudur və ABŞ-da hazırlanan, müasir standartlara cavab verən yüksək keyfiyyətli avtomatik suvarma avadanlıqlarının təchiz olunması ilə məşğuldur.

Şirkət Bakıda həyata keçirilən abadlıq və quruculuq işlərində, möhtəşəm Olimpiya stadionunun inşasında, Bulvar, Yeni Bulvar, Ağ Şəhər ərazilərində görülən işlərdə, Gəncə, Qəbələ, Şəmkir rayonlarında Heydər Əliyev parklarının salınmasında və digər mühüm layihələrdə yaxından iştirak edib.

Şirkətin rəhbəri Namiq Hacıyev və işçiləri əsasən Qarabağ müharibəsinin iştirakçılarıdır. Şirkətin rəhbərliyinin və işçilərin dövlət başçısı, İlham Əliyev cənablarına ünvanlanmış müraciətini dərc edirik:

Cənab Prezident,

Siz hər çıxışınızda məmurlardan tələb edirsiniz ki, iş adamlarına, sahibkarlara münbit şərait yaradılsın. Həm də biz iş adamlarından tələb edirsiniz ki, işlərimizi qanuni əsasda quraq.

Cənab Prezident,

Biz də bunu istəyirik, istəyirik görülən işlər qanuni əsasda olsun.

Amma Sumqayıt şəhərində görəcəyimiz işlər üçün şəhərin icra başçısı Zakir Fərəcova işləri sənəd əsasında, müqavilə ilə görmək istəyimizi dəfələrlə təklif etmişik. Ancaq Zakir Fərəcov həmişə bu təklifdən boyun qaçırıb və mənə

“ŞƏHƏRİN SAHİBİ MƏNƏM, MÜQAVİLƏ-ZAD NƏDİR ? Biz qardaşıq, mənə inamırsan? Məndən ehtiyat edirsən? İşini gör, pulunu al. Səni pis vəziyyətdə qoymaram, narahat olma” – deyirdi.

Cənab Prezident

Direktoru olduğum “YAĞMUR-2 MMC 10 aprel 2016-cı il tarixindən 15 noyabr 2016-cı il tarixinədək Sumqayıt Şəhər İH-nin başçısının,onun müavinlərinin, Azərsu ASC-nin Sumqayıt şəhəri idarəsinin rəhbərlikləri altında Sumqayıt şəhəri Sülh küçəsində yolun sağ və sol hissələrində (19,5 ha),Sumqayıt şəhər Yeni Bulvarı (21 ha)və Musiqi məktəbi (0,5 ha)ərazilərində avtomatik suvarma sisteminin və su nasoslarının quraşdırılması üzrə işləri yerinə yetirib.Ərazilərdə eyni zamanda işlərin həyata keçrilməsi üçün qeyd olunan müddət ərzində 2(iki) yer qazan “trençer”, 2 (iki) ekskavator, 2(iki) sahə rəisi, 40(qırx)işçi və montajçı olmaqla 2(iki) birqada işləyib.

İH-nin başçısı Zakir Fərəcov tərəfindən verilən vədə görə görülən işlərin və istifadə olunan materialın ümumi dəyəri (1 098 000,00 AZN) Sumqayıt şəhəri Yeni Bulvarın təhvil verilməsindən sonra ödənilməli idi. Lakin qeyd olunan müddət ərzində şirkətimizə hissə-hissə olmaqla ümumilikdə yalnız (380 000,00 AZN) ödənilib və 28 avqust 2016-cı il tarixindən bu günə kimi şirkətimizə görülən işlərə və istifadə olunan materiala görə ödəniş olunmayıb.

Şirkətin və fəhlələrin bu günə qədər ödənilmədiyi
(718000,00 AZN) yerdə qalan pulu Zakir Fərəcovdadır.

Möhtərəm Prezident !

10 Aprel 2016-cı il tarixdə Sumqayıt Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun, başçısının həmin ərəfədəki 1-ci müavni Faiq Kərimov ilə şirkətimizin verdiyi təklif müzakirə olunub və qəbul edilmişdir. Bununla da, Sumqayıt şəhəri Sülh küçəsi,Yeni bulvar və Musiqi məktəbi ərazilərində avtomatik suvarma və nasos sistemlərinin quraşdırılması üçün razılıq əldə olunmuşdur.Tikinti və abadlıq işlərinin idarə olunması üçün Yeni Bulvar ərazisində “Dəniz”restoranında Qərərgah toplantı təşkil olunmuşdur.

Sumqayıt Şəhər İH-nin başçısı Zakir Fərəcov həmin toplantıda şəxsən özü işlərin başlanması üçün tapşırıq vermişdir. Başçı bizi inandırıdı ki, işi vaxtında görün pulunuzu alacaqsınız.

Cənab Prezident

3 ildən artıqdır ki, pulumuzu Zakir Fərəcovdan ala bilmirik.

Möhtərəm Prezident !

Biz Sizə güvənirik, ümid edirik ki, halal pulumuzun Zakir Fərəcov və Fəzail Hüseynovdan alınıb özümüzə qaytarılması üçün qəti tapşırıq verəcəksiniz.

Azerinfo.tv
Вернуться назад