Главная > gundem / siyaset > İlham Əliyev Dövlət Agentliyinə dörd milyon manat ayırdı

İlham Əliyev Dövlət Agentliyinə dörd milyon manat ayırdı


5-03-2020, 18:34. Разместил: rovshen


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Tovuz rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin Rövşən Məmmədov küçəsindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yeni yol qovşağının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq dörd milyon manat ayrılıb.


Вернуться назад