Главная > gundem / ust > İqbal Ağazadə ilə Rauf Arifoğluna yeni rəqib gəlir - "...namizəd olmağı düşünürəm"

İqbal Ağazadə ilə Rauf Arifoğluna yeni rəqib gəlir - "...namizəd olmağı düşünürəm"


4-03-2020, 15:50. Разместил: rovshen


Azərbaycan Sosial Demokrat Partiyasının sədri, V çağırış Milli Məclisin deputatı Araz Əlizadə təkrar seçkilərə qatılmağı düşünür.

Bu barədə Modern.az-a Araz Əlizadə özü məlumat verib. O, qeyd edib ki, səhhəti imkan verdiyi təqdirdə təkrar seçkilərdə iştirak edəcək:


“Hələlik qəti bir qərarım yoxdur. Sağlamlığım imkan verərsə, seçkilərə qatılacağam. 35 saylı Xətai üçüncü seçki dairəsindən namizəd olmağı düşünürəm”.

Qeyd edək ki, A. Əlizadə V Çağırış Milli Məclisdə də 35 saylı Xətai üçüncü seçki dairəsini təmsil edib.

Вернуться назад