Главная > gundem / arasdirma > Nazirlikdən olimpiadadakı “rusca” rüsvayçılığına cavab

Nazirlikdən olimpiadadakı “rusca” rüsvayçılığına cavab


4-03-2020, 12:31. Разместил: rovshen
Təhsil Nazirliyi Bakıda məktəblilər arasında keçirilən fənn olimpiadasında Azərbaycan dilini bilməyən nəzarətçi ilə bağlı yaşanan rüsvayçılığa cavab verib.

Nazirlikdən Axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən olimpiada nazirlik tərəfində təşkil edilməyib.

“Sorğunuza cavab olaraq bildiririk ki, Təhsil Nazirliyi tərəfindən keçirilən Respublika fənn olimpiadalarında Azərbaycan dili fənnindən başqa heç bir dil üzrə (yəni rus dili, ingilis dili və s.) fənn olimpiadaları keçirilmir”, - deyə Təhsil Nazirliyindən bildirilib.

Xatırladaq ki, ötən ayın 25-i keçirilən fənn olimpiadasında 229 saylı məktəbdə valideynlərin ciddi narahatlığına səbəb olan olay yaşanmışdı. Belə ki, nəzarətçilərdən biri yalnız rus dilində danışdığı üçün məktəblilərlə dialoq qura bilməmişdi. Olimpiadaya qatılan Azərbaycan bölməsinin şagirdləri nəzarətçiyə sual verdikdə, o, azərbaycanca bilmədiyini demiş və rusca danışmağı tələb etmişdi. Məktəblilərlə nəzarətçi arasında dialoq qurmaq üçün şagirdlərdən biri tərcüməçilik etmişdi.
Вернуться назад