Главная > gundem / arasdirma > Mahir Mirzəyev tərəfindən talan olunmuş Yardımlı

Mahir Mirzəyev tərəfindən talan olunmuş Yardımlı


3-03-2020, 15:45. Разместил: rovshen


DTX-nın Nefçala əməliyatından sonra Yardımlı icra başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri​ Mirzəyev Mahir Xanış oğlu guya özünü təmizə cıxartmaq məqsədi ilə ictimai işə cəlb olunan işçilərə qəti tapşırıq verib ki, Bakıda və digər rayonlarda yaşayan işçilər Yardımlı rayonuna gəlsinlər. Heç olmasa bir həftə rayonda görünsünlər ki, guya həqiqətən DOST vasitəsi ilə işə cəlb olunanlar işlərinin başındadır. Yardımlı rayonunun bir qrup sakinlərinin Xalqxeber.Az-a verdiyi məlumata görə, iki ildir kartlar başçı müavini Mahir Mirzəyev tərəfindən mənimsənilib. Əgər ölkə başçısı cənab İlham Əliyev göstəriş versə ki, məsələ araşdırılsın inanınki bir çox korrupsiya və rüşvətxorluq hətta mənimsəmə faktları ortaya çıxar. Rayon sakinləri onu da qeyd edirlər ki, Yaşılaşdırma, Mənzil Kommunal Təsərrüfatı idarəsi və Məşğulluq idarəsinin müdirləri hər ay kartlardan pul çəkərək, məhz Mahir Mirzəyevə təhvil verirlər. Dediklərimizin əyani sübutu kimi rayonda fəaliyyət göstərən bankların müşahidə kameralarına baxmaq kifəyət edər. İndi isə kart sahiblərini yanına çağıraraq tapşırıq verib ki, əgər hər hansısa bir yoxlama halı baş verərsə deyirsinizki kartlar özümüzdə olub və hər ay əmək haqlarımızı almışıq. Rayon sakinlərinin bildirdiklərinə görə, Yardımlıya abadlıq quruculuq işlərinin aparılması üçün dövlət tərəfindən pullar ayırılıb. Lakin Mahir Mirzəyev başda olmaqla digər məmurlar tərəfindən həmin pullar yeyilib və nəticədə rayonumuzda heç bir iş görülməyib. Hal-hazırda Yardımlı rayonunun yolları bərbad vəziyyətdə, kənd məktəbləri baxımsız, inzibati binalar yararsız, təhsilin və səhiyyənin səfiyyəsi sıfır dərəcədə və sosial problemlər xeyli sayda ən əsası işsizlik baş alıb gedir. Amma bunlara baxmayaraq, icra başçısının müavininin Masallı rayonunda mebel sexi və mağazası, Xətai rayonunda evi və böyük bir ofisi, 99 MM 999 dəyəri 150 min dollar olan avtomobili, Yardımlı və Bakının bir neçə rayonunda villaları, daş karxanaları, sement zavodu, kafel-metlax sexi həmçinin ticarət obyektləri mövcuddur. Sual yaranır rayon vamaatı bu qədər acınacaqlı vəziyyətdə yaşayarkən necə olurki Mahir Mirzəyev böyük sərvətə malik ola bilir. Daha dəqiq desək Yardımlı rayonunun büdcəsi icra başçısı tərəfindən talan edilir. Rayon sakinlərinin dediklərinə görə, Mahir Mirzəyəvin təkcə Yardımlı rayonundakı villasının qiyməti milyon manatdan yuxarıdır. Yardımlı rayon icra başçısının müavini arı və ev quşları saxlayır DOST vasitəsi ilə işə cəlb olunan 4 nəfər Mahir Mirzəyevin arılarına və ev quşlarına baxı. İcra hakimiyyətinin binası üçün ayırılmış 5 ədəd TIR taxta Mahir Mirzəyev, Akif Teyubov vasitəsi ilə satdırdı. Akif Teyubov, Mahir Mirzəyevin rayonda pulsilmə əməliyyatlarını həyata keçirir. Yardımlı rayonun girəcəyindən İran sərhədinə kimi bütün torpaq sahələri Mahir Mirzəyevə məxsusdur.Neftçala rayonunda tenderin qalibi olan və yüksək məbləğ götürən Göy-Göl MMC Akif Teyubovun adınadır daha doğrusu həmin şirkət Mahir Mirzəyevindir. Maraqlıdır ki, son illər Neftçala və Yardımlı rayonunda tenderlərin qalibi məhz Mahir Mirzəyevin şirkətləridir. Görəsən bu şirkətlərin hansı özəllikləri varki daim qalib elan olunur. Bu barədə növbəti yazımızda.

XalqXeber.Az
Вернуться назад