Главная > gundem / siyaset > İlham Əliyev və Mehriban Əliyeva Goranboyda xəstəxananın açılışında

İlham Əliyev və Mehriban Əliyeva Goranboyda xəstəxananın açılışında


3-03-2020, 15:31. Разместил: rovshen


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva martın 3-də Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib.

Səhiyyə naziri Oqtay Şirəliyev görülən işlər barədə dövlətimizin başçısına və Birinci vitse-prezidentə məlumat verib.

Prezident İlham Əliyev xəstəxanada yaradılan şəraitlə tanış olub.

Sonra Prezident İlham Əliyev bu tibb ocağının kollektivi ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.
Вернуться назад