Главная > gundem / medeniyyet > Milli Kitabxanada Dünya Mülki Müdafiə Günü münasibətilə kitab sərgisi açılıb

Milli Kitabxanada Dünya Mülki Müdafiə Günü münasibətilə kitab sərgisi açılıb


2-03-2020, 08:45. Разместил: rovshen


Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Məclisinin qərarı ilə hər il martın 1-i Dünya Mülki Müdafiə Günü kimi qeyd olunur.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə martın 1-də Azərbaycan Milli Kitabxanasında Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitablardan, dövri mətbuat materiallardan ibarət sərgi açılıb.

Sərgi bir həftə davam edəcək.

Xatırladaq ki, bu günün qeyd edilməsində məqsəd ictimaiyyətin diqqətini Beynəlxalq Mülki Müdafiə Təşkilatının vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin fəaliyyətini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir. Çünki əhalinin mühafizəsi mülki müdafiənin başlıca vəzifəsidir.
Вернуться назад