Главная > gundem / arasdirma > AZAL koronavirus hərləmir – Seyid cəddinə, bəs AZAL kimə arxayındır?

AZAL koronavirus hərləmir – Seyid cəddinə, bəs AZAL kimə arxayındır?


29-02-2020, 19:23. Разместил: rovshen


İranla sərhədlər tamamilə bağlanıb. Səbəb İrandan qayıdan iki Azərbaycan vətəndaşında “korona” virusu tapılmasıdır.

Ovqat.com-un məlumatına görə, Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib ki, İran İslam Respublikasından qayıdan iki Azərbaycan vətəndaşında koronavirus xəstəliyinin əlamətləri müşahidə edilib.

Müvafiq qaydalara uyğun olaraq həmin şəxslər xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr nəticəsində onlarda koronavirusa yoluxma faktı qeydə alınıb.

Digər bir məlumata görə isə, koronavirus aşkarlanandan dərhal sonra İranla sərhədlər bağlanıb.

Bu barədə məlumat Nazirlər Kabinetinin Mətbuat Xidmətindən verilib.

Məlumata görə, yaranmış vəziyyət İran İslam Respublikasının aidiyyəti dövlət qurumları ilə müzakirə olunub və Azərbaycan Respublikasının bu qərarı barədə İran İslam Respublikasına məlumat verilib.

Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan ərazisində olan İran vətəndaşlarının ölkədən çıxmasının, İran ərazisində olan Azərbaycan vətəndaşlarının ölkəyə gəlməsinin təşkili üçün zəruri dəhliz təmin olunacaq.

Maraqlıdır ki, dünyanı qasıb qovuran və Azərbaycan Nazirlər Kabinetini belə lərzəyə gətirən koronavirus AZAL-ın umrunda deyil. Seyid cəddinə bel bağladığı kimi, AZAL da deyəsən sədri Cahangir Əsgərovun müqəddəs əlaqələrinə arxayındır. Belə olmasaydı, o da İrana uçuşlarda müstəsna hüquqlarından istifadə etməzdi.

Şirkətdən verilən məlumata görə, mövcud epidemioloji vəziyyətlə əlaqədar “Azərbaycan Hava Yolları” QSC İrana və İrandan olan reyslərə bir sıra məhdudiyyətlər tətbiq edib.

Məhdudiyyət isə nədən ibarət olsa yaxşıdır: fevralın 29-dan etibarən “Buta Airways” aşağıbüdcəli aviaşirkətinin Tehran-Bakı istiqaməti üzrə yerinə yetirilən reyslərinə yalnız Azərbaycan vətəndaşları, Bakı-Tehran reyslərinə isə yalnız İran vətəndaşları buraxılacaq. Başqa sözlə desək, AZAL koronavirus hərləmir.

Bizim anlamadığımız məsələ isə bundan ibarətdir: İrana gedib gələn hər kəs müxtəlif xəstəxanalarda karantinə alınır. Azərbaycan səhiyyə sistemi onlara baxmağı belə tam yerinə yetirə bilmir. AZAL-ın hər gün ölkəmizə daşıyacağı yüzlərlə şübhəli şəxslər də karantinə alınacaq? Alınacaqsa, bu qurumun Səhiyyə Nazirliyi ilə, alınmayacaqsa, Azərbaycan xalqı ilə nə düşmənçiliyi var?
Вернуться назад