Главная > gundem / dunya > Rusiya və Ermənistan XİN başçıları Qarabağ nizamlanmasını müzakirə edib

Rusiya və Ermənistan XİN başçıları Qarabağ nizamlanmasını müzakirə edib


25-02-2020, 18:43. Разместил: rovshen


Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Cenevrədə BMT İnsan Haqları Şurasının iclası çərçivəsində baş tutan görüşdən sonra Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

“XİN başçıları ikitərəfli və regional gündəlikdəki aktual mövzuları müzakirə ediblər, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fikir mübadiləsi aparıblar”, - məlumatda bildirilir.
Вернуться назад