Главная > gundem / manset > MM-dəki “7-cilər”-in sayı azaldı - ÜÇƏ ENDİ…
MM-dəki “7-cilər”-in sayı azaldı - ÜÇƏ ENDİ…14-02-2020, 09:21. Разместил: rovshen |
Xəbər verildiyi kimi, bu gün axşam saatlarında 4 Seçki Dairəsinin, o cümlədən, Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri, professor Hadi Rəcəblinin qalib elan edildiyi 74 saylı Lənkəran kənd Seçki Dairəsinin nəticələri ləğv olunub. Etikxeber.az-ın xəbərinə görə, H. Rəcəbli indiyə qədər 6 dəfə millət vəkili olub. Birinci dəfə sovetlər dövründə, “raykom” katibi işləyəndə, 1985-90-ci illərdə keçmiş Ali Sovetin üzvü seçilib. Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra isə hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi kimi, 5 çağırış Milli Məclisin (MM) üzvü olub. Seçildiyi vaxtdan da MM-in Əmək və sosial siyasət komitəsinə (Sosial siyasət daimi komissiyasına) rəhbərlik edib. Ötən illər ərzində MM-in plenar iclaslarına məhz H.Rəcəblinin rəhbərlik etdiyi komitə ən çox qanun layihəsi tövsiyə edib və onların da böyük əksəriyyəti qəbul olunub. MM-in 3 ən fəal və aktiv komitə sədrindən biri də məhz H. Rəcəbli olub. Sonuncu-6-cı çağırış seçkilərdə də namizədliyi YAP tərəfindən dəstəklənib və Mərkəzi Seçki Komissiyasının (MSK) ilkin nəticələrinə görə, 74 saylı Dairənin qalib-lideri olub. Əgər həmin Dairənin nəticələri ləğv olunmasaydı və H. Rəcəblinin qələbəsi tanınsaydı, MM-in ən çox seçilən və ən stajlı 4 deputatından biri olacaqdı. Yən, Eldar İbrahimov, Hacı Madər Musayev və Mixail Zabelin kimi, 7-ci dəfə millət vəkili mandatını daşıyacaqdı… Xatırladaq ki, 73 yaşlı H. Rəcəbli siyasət elmləri doktoru, professor, YAP Siyasi Şurasının üzvüdür. 4 övladı, bir neçə nəvəsi və nəticəsi var. Вернуться назад |