Главная > gundem / kriminal > Azərbaycanda ev əşyaları ilə külə döndü

Azərbaycanda ev əşyaları ilə külə döndü


14-02-2020, 08:23. Разместил: rovshen


Bu gün axşam saatlarında Ucar rayonunun Alpout kəndində fərdi yaşayış evi yanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, kənd sakini, 1968-ci il təvəllüdlü Mübariz Mikayılova məxsus 2 mərtəbəli 6 otaqdan ibarət, ümumi sahəsi 300 kvadratmetr olan ev güclü yanğın səbəbindən əşyaları ilə birlikdə tamamilə yanıb.

Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından mühafizə hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

Yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Вернуться назад