Главная > gundem / sosial > Parlamentin yeni seçilən tərkibindəki pensiya yaşına çatan deputatlar - SİYAHI

Parlamentin yeni seçilən tərkibindəki pensiya yaşına çatan deputatlar - SİYAHI


12-02-2020, 15:08. Разместил: rovshen


Mərkəzi Seçki Komissiyası Milli Məclisə keçirilən növbədənkənar seçkilərin ilkin nəticələrini açıqlayıb.

Anews.az oxu.az-a istinadla xəbər verir ki, Milli Məclisə deputat seçilən şəxslərin 31 nəfərini pensiya yaşına çatmış şəxslər təşkil edir.

Onlardan 14 nəfəri hakim Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələridir. Həmin YAP-çı deputatların siyahısını təqdim edirik:

İsa Həbibbəyli (70 yaş), Eldar İbrahimov (75 yaş), Sədaqət Vəliyeva (65 yaş), Hüseynbala Mirələmov (75 yaş), Mixail Zabelin (77 yaş), Hicran Hüseynova (65 yaş), Oqtay Əsədov (65 yaş), Əhliman Əmiraslanov (73 yaş), Hadi Rəcəbli (73 yaş), Cavanşir Paşazadə (67 yaş), Tahir Rzayev (70 yaş), Sahibə Qafarova (65 yaş), Aqiyə Naxçıvanlı 70 yaş, Bəxtiyar Sadıqov (69 yaş).

Milli Məclisin yeni tərkibinin pensiyaçı deputatlarının 10 nəfərini bitərəflər təşkil edir.

Onların adlarını təqdim edirik: Səttar Möhbalıyev (65 yaş), Madər Musayev (73 yaş), Rasim Musabəyov (69 yaş), Ziyad Səmədzadə (80 yaş), Eldar Quliyev (68 yaş), Vahid Əhmədov (73 yaş), Anatoliy Rafailov (67 yaş), Aqil Abbas (67 yaş), Əli Məsimli (67 yaş), Fəttah Heydərov (82 yaş).
Pensiya yaşına çatmış deputatların yerdə qalanları isə digər partiyalardan seçilənlərdir.

İndi isə həmin deputatların siyahısı ilə tanış olaq:

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə (67 yaş), Sabir Rüstəmxanlı (74 yaş), Rafael Hüseynov (66 yaş), Fəzail İbrahimli (69 yaş).
Qeyd edək ki, hər üç şəxs Vətəndaş Həmrəyliyi Partiyasını təmsil edir.

Digərlərindən Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının 73 yaşı, Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyevin 66 yaşı var.

Qeyd edək ki, pensiya yaşına çatmış şəxslərlə bağlı məsələ "Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən tənzimlənir.

Belə ki, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ var.

Lakin 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna təşkil edir.

Həmin qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılır.

Bununla da Azərbaycanda 1 iyul 2019 – 30 iyun 2020-ci il tarixində kişilərin pensiya yaşı 64 il 6 ay, qadınların pensiya yaşı isə 61 il 6 ay olacaq. 1 iyul 2020 – 30 iyun 2021-ci il tarixində kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 62 il olacaq.
Вернуться назад