Главная > gundem / dunya > Çində koronavirusa yoluxanların sayı 11,1 min nəfərə, ölənlərin sayı 259 nəfərə çatıb

Çində koronavirusa yoluxanların sayı 11,1 min nəfərə, ölənlərin sayı 259 nəfərə çatıb


1-02-2020, 13:06. Разместил: rovshen


Çində koronavirusdan ölənlərin sayı artıb.

“Report” xəbər verir ki, bu barədə "Vani" portalı məlumat yayıb.

Məlumata görə, yeni pnevmaniyadan dünyasını dəyişənlərin sayı 259 nəfərə, virusa yoluxanların sayı isə 11,1 min nəfərə çatıb.

Cümə günü səhər Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Komitəsi ölkədə 9692 virusa yoluxma və 213 ölüm hadisənini qeydə alındığını bildirib. Virus ən çox Hubey əyalətində yayılıb. Burada 7,1 min nəfər koronavirusa yoluxub, daha 249 nəfər ölüb.

Virusun yayıldığı vilayətlər arasında həmçinin Çjeçzyan (537 nəfər), Quandun (436 nəfər), Xenan (352 yoluxma və 2 ölüm) əyalətlərinin adları var.
Вернуться назад