Главная > gundem / medeniyyet > Moskvada Azərbaycanın sovet dövrünə aid xalça və tikmələri SƏRGİLƏNƏCƏK
Moskvada Azərbaycanın sovet dövrünə aid xalça və tikmələri SƏRGİLƏNƏCƏK24-01-2020, 14:51. Разместил: rovshen |
Moskvada, Dövlət Şərq Muzeyində “Sovet Azərbaycanının əks-sədası. Xalça. Tikmə. Plakat” adlı sərgi açılacaq. Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, bu barədə Moskva merinin və hökumətinin portalı məlumat yayıb. Sovet illərinin Azərbaycan xalçaları və tikmələrinə fevralın 5-dən martın 1-dək tamaşa etmək mümkün olacaq. “Ekspozisiyada əlamətdar tarixi hadisələrin dekorativ-tətbiqi sənətə necə təsir etməsi barədə danışılır”, - deyə məlumatda bildirilir. Qeyd olunur ki, 40 eksponatı özündə birləşdirən sərgidə Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasına daxil edilən, 1920-1970-ci illərə aid xalçalar təqdim edilir. Bundan başqa, muzeyə gələnlər Mərcani Fondundan olan plakatları, 1920-1930-cu illərə aid, inqilab dövrünün tikmələrini görə biləcəklər. Вернуться назад |