Главная > gundem / sou > Pərvin 20 gün sonra qayıtdı

Pərvin 20 gün sonra qayıtdı


21-01-2020, 12:43. Разместил: rovshen


Aktrisa Pərvin Abıyeva 20 gün sonra İnstaqrama geri qayıdıb.

Axşam.az xəbər verir ki, sənətçi ötən gün 1 milyon izləyicisi olan sosial şəbəkə profilinin "Story" bölümündə videolar yerləşdirib.

O, sevgilisinin qardaşının öldüyü gecədən paylaşdığı fotolarını isə silib.

Qeyd edək ki, Pərvin sevgilisi - keçmiş polis leytenantı Murad Abdullayevin qardaşı Cavid Abdullayev Yeni il gecəsi qəflətən dünyasını dəyişib. Abıyeva, “Miss Azerbaijan-2019” gözəllik yarışmasının qalibi Səmra Hüseynova, keçmiş aparıcı Seyran Əliyeva, Murad və Cavid Abdullayev qardaşları bayramı Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən “CHI club Kiev”də keçiriblər.
Pərvin 20 gün sonra qayıtdı

Yeni il gecəsi başa çatdıqdan sonra gənc Cavidan Abdullayev gözlənilməz şəkildə vəfat edib. Ekspertizanın rəyinə əsasən, C.Abdullayevin kəskin ürək çatışmazlığından və işemik insultdan öldüyü məlum olub.

Baş verən bu dəhşətli hadisədən sonra Pərvin şəxsi İnstaqram hesabını bağlayıb.

Xatırladaq ki, Pərvin Abıyevanın sevgilisi Murad Abdullayev aktrisa ilə olan görüntülərinə görə işdən çıxarılıb.

Вернуться назад