Главная > gundem / arasdirma > Cənab "baş bankir" bankları başdı başına buraxsanız gedib "Bank of Baku" olacaqlar......

Cənab "baş bankir" bankları başdı başına buraxsanız gedib "Bank of Baku" olacaqlar......


15-01-2020, 18:28. Разместил: rovshen
Cənab "baş bankir" bankları başdı başına buraxsanız gedib "Bank of Baku" olacaqlar......

Teref.az yazır ki, müasir Azərbavcanda bank sferasının bərbad vəziyyətdə olduğunu Prezident İlham Əliyevdə qeyd etdi və baş bankirimizə bu sfera ilə yaxından məşğul olmağı tapşırdı. Bunlar hamısı öz yerində, lakin bu gün vəziyyətin nə yerdə olduğunu bilmək üçün sadəcə "Yeniçağ" İA-nin baş redaktoru Aqil Ələskərin statusu ilə tanış olmaq bəs edir. Yəni cənab bu sferaya cavabdeh "baş bankirimiz" Elman Rüstəmov bütün tənqidlərə baxmayaraq "Yük həminki yerindədir.." Baş redaktorun statuunu təqdim edirik:
Agil Alesger
3 ч. ·
Azərbaycanın ən səy banklarından biri BankofBakudur. Düşünün ki, minimum əmək haqqı ilə işlədiyim vaxt mənə 1500 manat limiti olan kart vermişdilər. Hər üç-beş aydan bir zəng edib, 20 min manata qədər kredit təklif edirlər.
Hesabımda bir gün belə gecikmə yoxdur. Yəni, müsbət xarakterli müştəridir, nədir, ondanam.
İndi kartın vaxtı bitib, getmişəm müddətini uzatmağa.
Öncə başqa hansı bankda nəyim var, onu soruşdular.
Deyirəm ki, kompyuter önünüzdədir, sorğu göndərib, öyrənin.
Birinci şoku yaşayıram:
- Müəllim, bu ödənişlidir. Əgər sizə ödəyəcəksinizsə, biz sorğu göndərə bilərik.
- Bütün banklar bunu özləri edir. Kasıbsınızsa, sizə yardım məqsədi ilə ödəniş edə bilərəm.
İkinci şok!
Məndən hazırda maaş hesabım olan bankdan altı aylıq maaş çıxarışı gətirməyimi istəyirlər. Səbəb isə budur ki, hazırda rəhbəri olduğum müəssisə bu bankla əməkdaşlıq etmir.
Cavabım:
- Kartı müəssisə deyil, sizin ən az beş illik müsbət tarixçəyə malik müştəriniz istəyir. Əgər bu beş ildə bir kağız parçası qədər etibar qazanmamışamsa, mən sizdən imtina edirəm.
Bəli! Cənab Prezidentin o gün müşavirədə qeyd etdiyi kimi, banklar başlı-başına buraxıla bilməz. Buraxılanda, gedib Bank of Baku olurlar...
İnanırıq ki,hər halda bizim tənqidlərdən deyil, sadəcə hörmətli cənab Prezident İlham Əliyevin sərt tapşırığından sonra "baş bankirimiz" Elman Rüstəmov ən azından Azərbaycanın bank sistemində hansısa müasir tələblərə cavab verən, bizi soyan yox, vətəndaşa dost olan bank sisteminin təşəkkül tapmasına çalışacaq!Cənab "baş bankir" medianı saymaya bilər (mediadır da, ağzına gələni yazıb qoymur camaat pulunu qazansın..), amma və lakin cənab Prezidentin tənqidindən öz "dərsini" götürəcəyinə inanırıq!
Və əsasda bizim bu yazımıza hansısa reakasiya olacaq!
Qarşı tərəfi dinləməyə hazırıq!
Teref.az
Вернуться назад