Главная > gundem / sou > Cavanşir Məmmədovdan sərt sözlər: "Mən sənə 1000-1500 manat pul verməliyəm?" - VİDEO

Cavanşir Məmmədovdan sərt sözlər: "Mən sənə 1000-1500 manat pul verməliyəm?" - VİDEO


14-01-2020, 17:14. Разместил: rovshen


Əməkdar artist Cavanşir Məmmədov Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişində maraqlı açıqlama verib.

BAKU.WS xəbər verir ki, Tarix Əliyevin (Tolik) aparıcısı olduğu verilişdə qonaq olan müğənni mahnılarının "106.3 FM"də getməməsindən şikayətlənib.


Cavanşir Məmmədov "106.3 FM"in əməkdaşı Kazımdan narazı olduğunu söyləyib və sərt ifadələr işlədib:

"Mənim sənətim sənin yaşından çox böyükdür. Mən əsərlər oxumuşam. Sən niyə vermirsən bunu? Gülərək demisən ki "verərəm". Vermə. Amma izah elə niyə vermirsən.

Kanalın rəhbəri ona etibar edir. O da ürəyi kimin mahnısını istəyir kanalda verir. Mən sənə ayda 1000-1500 manat pul verməliyəm? Sən mənə pul verməlisən. Başa düşdün? Mən haqqımı tələb edirəm".


Вернуться назад