Главная > video / neqativhallar > Nazirlikdən sosial şəbəkələrdə yayılan video ilə bağlı açıqlama -Video
Nazirlikdən sosial şəbəkələrdə yayılan video ilə bağlı açıqlama -Video11-01-2020, 18:42. Разместил: rovshen |
Səhiyyə Nazirliyi sosial şəbəkələrdə 1 saylı Ruhi-Əsəb Dispanserində baş vermiş hadisə ilə bağlı yayılan məlumatları münasibət bildirib. Nazirlikdən "Yeni Sabah"a verilən məlumata görə, sosial şəbəkələrdə yayılan video görüntü 2019-cu ildə Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi-Əsəb Dispanserində naməlum şəxs tərəfindən çəkilib. “Videogörüntünü xəstəxanaya yoxlanışa yaxud, xəstə ziyarətinə gələn şəxslərdən biri qeydə alıb. Xəstəxana rəhbərliyi artıq hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda istintaq videogörüntünü çəkən və yayan adamın müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparır”, - Nazirlikdən qeyd edilib. Həmin videonu təqdim edirik: |