Главная > gundem / ust > MSK DSK-nın qərarını ləğv etdi

MSK DSK-nın qərarını ləğv etdi


11-01-2020, 18:37. Разместил: rovshen
MSK DSK-nın qərarını ləğv etdi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 41 saylı Sumqayıt Birinci Seçki Dairəsi üzrə namizədliyi irəli sürülmüş Murad Rəhimlinin müraciətinə baxılıb.

Millitv.az "Report"a istinadən xəbər verir ki, məsələ barədə MSK üzvü Qabil Orucov məlumat verib.

41 saylı Sumqayıt Birinci Dairə Seçki Komissiyası (DSK) imza vərəqələrindəki problemi əsas gətirərək M.Rəhimlinin namizədliyini qeydə almayıb.


MSK DSK-nın qərarını ləğv edib və M.Rəhimlinin namizədliyi qeydə alınıb.
Вернуться назад