Главная > gundem / siyaset > İlham Əliyev Dövlət Agentliyinə 17,4 milyon manat ayırdı
İlham Əliyev Dövlət Agentliyinə 17,4 milyon manat ayırdı10-01-2020, 18:14. Разместил: rovshen |
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ağsu rayonunun Ağsu-Ağarx-Rəhimli-Qaradağ avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb. Sərəncama əsasən, altı min nəfər əhalinin yaşadığı doqquz yaşayış məntəqəsini birləşdirən Ağsu-Ağarx-Rəhimli-Qaradağ avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 17,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Вернуться назад |