Главная > gundem / arasdirma > 10 yaşlı Nərminin DƏHŞƏTLİ CİNAYƏTİ ilə bağlı 3 fakt

10 yaşlı Nərminin DƏHŞƏTLİ CİNAYƏTİ ilə bağlı 3 fakt


7-01-2020, 16:02. Разместил: rovshen
\

Tovuz rayonunun Dondar Quşçu kəndində 21 noyabr tarixində itkin düşdüş 10 yaşlı Nərmin Şərif qızı Quliyevanın öldürülməsi məlum olub. Bazar ertəsi axşam qızın cansız bədəni düz onun evinin qarşısına atılıb.

BAKU.WS xəbər verir ki, hüquq mühafizə orqanlarından bildirilib ki, cinayətkarlar 10 yaşlı qızı yandırıblar.

Azyaşlı Nərminin vəhşicəsinə öldürülməsi ölkə ictimaiyyətində böyük rezonans yaradıb. Məsələ ilə bağlı sosial şəbəkələrdə insanlar cinayətkarların tez bir zamanda yaxalanmasını və cəzalandırılmasını yazıblar.

Mövzu ilə bağlı ilk olaraq millət vəkii Aydın Mirzəzadəyə müraciət etdik. O, BAKU.WS-ə bildirdi ki, hadisə ona pis təsir edib: "Dünəndən bu məlumatı oxuyandan mən də şokdayam. Körpə bir uşağa qarşı belə bir vəhşi hərəkətin edilməsi yolverilməzdir. Bu hadisənin artıq araşdırılmasına başlanılıb. Şübhə etmirəm ki, qısa bir zamanda bu cinayəti törədənlərin aşkar edilməsinin şahidi olacağıq.

Azyaşlıları və insanları qorumaq təkcə dövlətin deyil, hər birimizin vəzifəsidir. Hadisənin hansı səbəbdən və necə baş verməsi mütləq aydınlaşacaq və onlar ən ağır cəzalarını alacaqlar. Biz hüquqi dövlətdə yaşayırıq. Bu hadisəni törədənlər qanunla nəzərdə tutulan ən ağır cəzanı alacaqlar.

Psixoloq Günel Aslanova da hesab edir ki, Tovuzun Dondar kəndində baş verən hadisə həqiqətən də çox dəhşətli və qandonduran hadisədir: Mən şəxsi hisslərimi kənara qoyaraq sırf psixoloq kimi məsələyə münasibət bildirmək istəyirəm. Ümumiyyətlə biz hər hansı baş verən cinayət haqqında münasibət bildirəndə cinayətin törədilmə şəraiti, tərzinə ilk əvvəl önəm yetirirk. Hazırda ictimaiyyəti maraqlandıran və ümumiyyətlə bu hadisənin özündə önəmli olan hadisə odur ki, cinayətkar aşkarlansın və lazımi tədbirlər onun barəsində görülsün. Təbii ki, bu məsələ hüquq-mühafizə orqanlarının nəzarətindədir və ümid edirik ki, tezliklə bu aşkarlanacaq.

Əslində baş verən cinayət öz-özlüyündə sosial zorakılıq hadisəsidir və onu törədən şəıxs barədə məlumat verir. Hər kəs öz psixologiyası qədər cinayət törədir. Burda aşkar görünən fakt budur ki, uşağa qarşı cinayət törədilib, vəşiliklə törədilib və evinin qarşısına gətirilib. Bu üzdə görünən üç fakt artıq cinayətkarın psixologiyasında qəddarlıqdan, onun mənəvi dəyərlər sisteminin neqativliyi, qarışıqlığı və xoşagəlməzliyindən, eyni zamanda kinliliyindən xəbər verir.

Sırf üzdə görünən 3 fakta əsaslanmaq onun yüngül psixoloji portiretini yaradır ki, bu şəxs kinli, vəhşiliklə əhatə olunumuş və qəddar bir insandır. Təbii ki, burda psixoloji pozuntu halı, anlaqlılıq və anlaqsızlıq bu kimi faktlar bizə məlum deyil. Ola bilər ki, həmin şəxs xroniki psixoloji pozuntudan əziyyət çəkir".
Вернуться назад