Главная > gundem / medeniyyet > Xalq artistinin vəziyyəti yaxşılaşıb — FOTO
Xalq artistinin vəziyyəti yaxşılaşıb — FOTO7-01-2020, 12:36. Разместил: rovshen |
Xalq artisti, kamança ustadı Fəxrəddin Dadaşovun vəziyyəti yaxşılaşır. “Ölkə.Az” xəbər verir ki, bu barədə əməkdar artist Babək Niftəliyev məlumat verib. O, F. Dadaşovu xəstəxanada ziyarət edib. Xanəndə Xalq artisti ilə çəkilən fotosunu “İnstagram” səhifəsində paylaşıb. Niftəliyev “Xalq artisti kamança ustadı Fəxrəddin Dadaşov. Allah şəfa versin. Şükürlər olsun yaxşıdı, narahat olmayın dostlar”, - deyə qeyd edib. Qeyd edək ki, Fəxrəddin Dadaşov bir neçə gün əvvəl beyin-qan dövranının kəskin pozulması, şəkərli diabet diaqnozu ilə reanimasiyaya yerləşdirilib. Вернуться назад |