Главная > gundem / idman > Emil Balayevin rəqibi ilə yeni müqavilə

Emil Balayevin rəqibi ilə yeni müqavilə


6-01-2020, 16:41. Разместил: rovshen


Millimizin üzvü Emil Balayevin çıxış etdiyi “Tobol” digər qapıçısı Sultan Busurmanovla müqaviləni yeniləyib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, “Tobol”un yetirməsi olan qolkiperin sözləşməsi 2020-ci ilin yayına qədər uzadılıb.

Qeyd edək ki, "Tobol" bir neçə gün əvvəl heyətinə yeni qapıçı - İqor Şatskini də cəlb edib. Qazaxıstan mətbuatı Kostanay təmsilçisinin Emil Balayevlə yolları ayıracağını yazıb.

Вернуться назад