Главная > gundem / kriminal > Bakıda əcnəbi hosteldə qarət edilib - DİN

Bakıda əcnəbi hosteldə qarət edilib - DİN


17-12-2019, 15:48. Разместил: rovshen


Bakıda hosteldə oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a verilən məlumatına görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 15-də rayon ərazisindəki hostellərin birində yaşayan Pakistan vətəndaşı H.Hamzanın mobil telefonunu oğurlamaqda şübhəli bilinən Mərakeş vətəndaşı E.Abdelkhalek saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад