Главная > gundem / idman > Qvardioladan gözlənilməz açıqlama

Qvardioladan gözlənilməz açıqlama


9-12-2019, 14:29. Разместил: rovshen


“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola etiraf edib ki, bir sıra böyük komandalarla rəqabət apara bilmirlər.

Qol.az-ın Britaniya mətbuatına istinadən yazdığına görə, bu haqda o, “Mançester Yunayted”ə Premyer Liqanın 16-cı turunda uduzduqları oyundan (1:2) sonrakı mətbuat konfransında bildirib.

“Mançester Yunayted” əks-hücumlarda yaxşı oynayır. Biz bunu qəbul etməliyik. Bu, həmin səviyyədir ki, “Liverpul”, “Barselona”, “Real” və “Yuventus” kimi komandalarla matçda rastlaşırıq. Reallıq budur ki, biz ola bilsin, adları çəkilən klublarla rəqabət apara bilmirik. Bunu qəbul etməli, oyunumuzu yaxşılaşdırmalı və irəli getməliyik” – deyə o bildirib.

Xatirladaq ki, hazırda “Mançester Siti” Premyer Liqada lider “Liverpul”dan 14 xal geri qalmaqla üçüncü yeti tutur.
Вернуться назад