Главная > gundem / neqativhallar > Azərbaycanda deputat, Ukraynada mal-qara alverçisi

Azərbaycanda deputat, Ukraynada mal-qara alverçisi


29-11-2019, 16:04. Разместил: rovshen



“Demək buraxılmaqda olan deputatxanamızda hər cür zat varmış. Biri də var, mətbuatın pulunu mənimsəyib, aparıb Ukraynada mal-qara alverinə girişib. Deputat Mirkazım Kazımlını deyirəm, bir vaxtlar ölkənin ən böyük qəzet yayımı firmalarından olan “Qasid”i də böyrü üstdə qoyub”.

AzToday.az xəbər verir ki, bu sözləri jurnalist Cavanşir Həsənli sosial şəbəkədə deputat Mirkazın Kazımlı ilə bağlı yazıb. Onun sözlərinə görə, deputatın Ukraynada biznesi var:

“Qanuna əsasən, Milli Məclisin deputatları bizneslə, sahibkarlıq sahəsi ilə məşğul ola bilməz. Ona görə də mənim heç bir biznesim yoxdur”. Bunu özü demişdi bu yaxınlarda.

Amma deputat Ukraynada iki şirkət açıb, hər ikisini oğlu Səid Kazımovun adına rəsmiləşdirib. İlk olaraq 2015-ci ilin fevralında Çerniqovsk vilayətində AL RAZZAQ MMC-ni (ТОВАРИСТВО З ОБМЕЖЕНОЮ ВИДПОВИДАЛЬНИСТЮ АЛ-РАЗЗАГ) 20 min qrivna nizamnamə kapitalı ilə qeydiyyatdan keçirib. Şirkətin fəaliyyət sahəsi kimi “mal-qaranın topdansatışı” göstərilib. Sənədlərdə qeyd olunur ki, Bakı şəhəri, Parlament prospekti 2 B, mənzil 58-də qeydiyyatda olan Səid Mirkazım oğlu Kazımov şirkətin 100 faizlik sahiblik hüququ ilə tək hissədarıdır. Belə anlaşılır ki, cənab Kazımovun şirkəti Ukraynadan Azərbaycana öküz, inək, qoyun-quzu daşıyır. Anatoli Lapinski adlı Ukrayna vətəndaşını da şirkətə müdir qoyublar ki, ordakı işləri idarə etsin.

Deputatın və oğlunun alveri o qədər yaxşı gedib ki, ət və konserv məhsullarının biznesinə də girişiblər. Bu məqsədlə ötən ilin avqustunda Kiyevdə “Mir-M.L” MMC-ni (ТОВАРИСТВО З ОБМЕЖЕНОЮ ВИДПОВИДАЛЬНИСТЮ МИР-М.Л) qeydiyyatdan keçiriblər. Qeydiyyat nömrəsi 42491862, hüquqi ünvanı Qoloseevsk rayonu, akademik Vilyams küçəsi 6-dır. Şirkətin 67 %-lik hissəsi Mirkazım Kazımovun oğlunun adına, 33 %-i isə Xarkov vilayətində yaşayan Cəmaləddin İbrahimov adlı şəxsin adına rəsmiləşdirilib. Nizamnamə fəaliyyəti ət emalı və konservləşdirilməsindən, yəni “tuşenka” hazırlamaqdan ibarətdir.

Işdir-şayətdir, sabah market vitrinlərində Ukrayna istehsallı, halal sertifikatlı MİR-M.L tuşenkoları görüb eləsəniz bilin ki, halal-zad deyil, mayasında qəzetlərə “atılmış” pullar var.

Təkcə “Azadlıq” qəzetinin infilyasiyadan qabaqkı məzənnə ilə 70 min manatını “yeyib”, üstündən su içib. Hələ “Yeni Müsavat”a, “Azərbaycan”a, digərilərinə borclarını demirəm.

Nolsun ki, hacıdır..?

AzToday.az
Вернуться назад