Главная > gundem / iqtisadiyyat > Avropanın enerji təhlükəsizliyində Azərbaycan həlqəsi - TƏHLİL

Avropanın enerji təhlükəsizliyində Azərbaycan həlqəsi - TƏHLİL


27-11-2019, 17:24. Разместил: rovshen
Avropanın enerji təhlükəsizliyində Azərbaycan həlqəsi - TƏHLİL

Azərbaycanın Avropanın enerji bazarına çıxması üçün imza atdığı layihələrin önəmi və əhəmiyyəti kifayət qədər böyükdür.

Baxmayaraq ki, Azərbaycan qazı Avropanı bütövlükdə təmin etmək gücündə deyil, amma perspektiv üçün bu məsələdə də kifayət qədər böyük hədəflər mövcuddur. Xüsusilə də TANAP və TAP layihələrindən sonra Azərbaycan qazının Avropaya çıxması hədəflənir. Bu layihənin icrası yaxın gələcək üçün nəzərdə tutulur.

Bu məsələdə Azərbaycana qarşı olanlar da var və ekspertlər hesab edir ki, TANAP və TAP layihəsinin işə düşməsindən əsas naratlığı şimal qonşumuz olan Rusiya keçirir. Bu narahatlığın başlıca səbəbi kimi isə sözügedən layihələrin Rusiyanın Avropa bazarındakı hegemonluğunu sarsıtmaq ehtimalıdır. Qeyd edək ki, Azərbaycan gələcəkdə bu qaz boru kəməri ilə Avropaya 30 milyon kubmetr qaz ixrac etməyi proqnozlaşdırır. Azərbaycanın TANAP və TAP layihələri Amerika Birləşmiş Ştatları (ABŞ) başda olmaqla, bütövlükdə Qərb üçün də ciddi əhəmiyyət kəsb edir. Azərbaycan Qərbin enerji təhlükəsizliyini təmin edən ölkə status almağa çalışır. Hazırda qaz bazarında önəmli sözə sahib olan Rusiya “Şimal axını-2” layihəsini də yekunlaşdırmaq üzrədir. Rusiya bu layihə ilə Avropanın qaz bazarında birbaşa nəzarət imkanı əldə etməyi planlaşdırır. Buna baxmayaraq, ABŞ Rusiyanın bu layihəsindən narahatdır. Birləşmiş Ştatlar yenidən “Şimal axını -2” layihəsinə sanksiya tətbiq etməyi planlaşdırır. Belə ki, Amerika Birləşmiş Ştatları Konqresi, "Şimal axını - 2” qaz kəmərinə qarşı sanksiyaları ölkənin 2020-ci il üçün müdafiə büdcəsinə daxil etməyi planlaşdırır. Bununla bağlı danışan Senatın Xarici İşlər Komitəsinin rəhbəri Cim Riş qeyd edib ki, sanksiyalar qaz kəmərində işləyən tikinti şirkətlərini layihəni tərk etməyə məcbur edə bilər. "Bu, onlara çox baha başa gələcək” deyə Riş "Defence News” nəşrinə açıqlamasında bildirib

Maraqlıdır, “Şimal axını-2”qaz kəmərinə nəzərdə tutulan sanksiyalar TANAP və TAP-ın Avropa üçün əhəmiyyətini artıra bilərmi?

Politoloq Natiq Miri “Cümhuriyət” qəzetinə şərhində deyib ki, ABŞ Rusiyaya qarşı sanksiya tətbiq etsə də, bu prosesin qarşısını almaq gücündə deyil. N.Miri hesab edir ki, bu məsələdə əsas rolu Almaniya oynayır: ““Şimal axını-2” layihəsi Baltik dənizinin dibi ilə çəkilən, bilavasitə Almaniyaya gedən qaz kəməridir. Bu məsələdə Almaniya hökuməti də maraqlıdır. Baxmayaraq ki, dəfələrlə ABŞ Almaniya hökumətindən bu layihənin qarşısını almaqla bağlı tpvsiyyələr və təzyiqlər edib. Ancaq buna baxmayaraq, Almaniya daha çox özünün maraqları çərçivəsində hərəkət etdiyi üçün artıq bu məsələ demək olar ki, yekun mərhələyə qədəm qoyub. Düşünürəm ki, ABŞ-ın bu basqısı və təzyiqi o qədər də ciddi effekt verməyəcək. Təbii ki, ABŞ bununla Rusiyanın Avropaya qaz təchizat ilə bağlı monopolist mövqeyini sarsıtmaq istəyir. Xüsusilə də Avropanın qaz təchizatında Rusiyanın bu prosesi öz monopoliyasına almasına imkan vermək istəmir. ABŞ tədricən Rusiyanı Avropa bazarından çıxarmaqla özünün sıxışdırılmış qazını bazarda satmaq niyyətindədir. Avropaya qaz satışının təkcə Rusiyanın nəzarətində deyil, şaxələndirilmiş formada olmasını təmin etməyə çalışır. Bu məsələdə təkcə ABŞ və Rusiya deyil, digər mənbələrdən, eyni zamanda Azərbaycandan və Aralıq dənizi hövzəsindən gələcək perspektivdə qaz təminatının olması planlaşdırılır. Ona görə də ABŞ bu təzyiqlərlə və bununla bağlı konkret sanksiya tətbiq etməklə Almaniyanı bu prosesdən çəkindirmək istəyir. Düşünürəm ki, bu, o qədər də effekt verməyəcək. Çünki artıq bu proses yekunlaşmaq üzrədir. Bundan sonra isə ABŞ-ın bu prosesin qarşısını almaq imkanları yoxdur”.

Politoloqun fikrincə, Azərbaycan Avropaya qaz satışında Rusiya ilə rəqabət aparacaq gücdə deyil: “Azərbaycanın Avropaya qaz təchizatı gələcək perspektivdə 30 milyard kubmetrə qədər artırılacağı gözlənilir. Ancaq hələlik TANAT qaz layihəsi çərçivəsində yalnız Türkiyəyə qaz ötürülür ki, bu da təxminən 6 milyard kubmetr civarındadır. Yəni Türkiyənin qaz istehlakı həcmində nəzərdə tutulur. TANAP da TAP-la birləşdikdən sonra İtaliyadan da keçəcək. Əsasən Şərqi Avropa ölkələrinin qaz təchizatında Azərbaycan iştirak edəcək. Düşünürəm ki, Azərbaycanın Avropaya qaz satışında yaxın illərdə Rusiya ilə “Şimal axını -2” ilə bağlı hər hansı bir rəqabət olmayacaq. Çünki Azərbaycanın hələlik bu qədər böyük həcmdə Avropaya qaz satmaq imkanları mövcud deyil. Azərbaycanla Rusiya bu məsələdə müqayisə olunmamalıdır. Çünki Azərbaycanın Avropanı qazla təmin etmək imkanları minimudur. Bu, gələcək perspektivdə, 30 milyon kubmetrə qədər artırıla bilər ki, ancaq ondan sonra qismən də olsa, rəqabətdən danışmaq olar”.
Вернуться назад