Главная > gundem / medeniyyet > Milli Konservatoriyada növbəti albomun təqdimatı olub

Milli Konservatoriyada növbəti albomun təqdimatı olub


20-11-2019, 13:18. Разместил: rovshen


Azərbaycan Milli Konservatoriyasında (AMK) fortepiano kafedrasının müəllimi, pianoçu Aynurə Məmmədovanın “Qəlbimin səsi” adlı albomunun təqdimat mərasimi keçirilib.

AMK-dan AZƏRTAC-a bildirilib ki, mərasimdə ali təhsil ocağının rektoru, Xalq artisti Siyavuş Kərimi, konservatoriyanın professor-müəllim heyəti və dəvət olunmuş qonaqlar iştirak ediblər.

Albom haqqında məlumat verən Aynurə Məmmədova deyib ki, albomda Azərbaycanın görkəmli bəstəkarlarının əsərləri yer alıb və həmin ifaların qeydə alınmasında məqsəd, əsərləri düzgün ifa tərzi ilə gələcək nəsillərə çatdırmaq və onların təbliğ etməkdir.

Daha sonra rektor Siyavuş Kərimi və AMK-nın musiqi tarixi və nəzəriyyəsi kafedrasının müdiri, professor Akif Quliyev çıxış edərək təqdim olunan albom və ifaçı haqqında fikirlərini səsləndiriblər.

Tədbirdə Aynurə Məmmədova albomda yer alan əsərlərdən bir neçəsini qonaqlar üçün canlı olaraq ifa edib.

Sonda, tədbir iştirakçılarına albom təqdim olunub.
Вернуться назад