Главная > gundem / idman > Azərbaycan kubokunun PÜŞKÜ ATILDI
Azərbaycan kubokunun PÜŞKÜ ATILDI13-11-2019, 17:14. Разместил: rovshen |
Azərbaycan kubokunda 2019/20 mövsümünün püşkatma mərasimi keçirilib. Redaktor.az-ın məlumatına görə, tədbir AFFA-nın inzibati binasında təşkil olunub. Püşk yarışda iştirak edəcək 12 komandanın rəqiblərini müəyyənləşdirib. Dekabrın 4-də start götürəcək yarışın 1/8 final mərhələsində Premyer Liqa və I divizionun hərəsindən 4 klub mübarizə aparacaq. Premyer Liqanın digər 4 komandası – ölkəmizi bu il avrokuboklarda təmsil edənlər isə yarışa 1/4 finaldan başlayacaq. 1/4 və 1/2 final mərhələsinin cütləri iki dəfə qarşılaşacaq. Azərbaycan kuboku 1/8 final (4 dekabr) 1. “Sabah” – “Ağsu” 2. “Qaradağ-Lökbatan” – “Zirə” 3. “Sumqayıt” – “Zaqatala” 4. “Keşlə” – “Kəpəz” 1/4 final (15-16 və 19-20 dekabr) 5. “Qəbələ” - 1-ci cütün qalibi 6. “Səbail” - 2-ci cütün qalibi 7. “Neftçi” - 3-cü cütün qalibi 8. “Qarabağ” - 4-cü cütün qalibi 1/2 final (22 və 29 aprel) 9. 5-ci cütün qalibi – 6-cı cütün qalibi 10. 7-ci cütün qalibi – 8-cı cütün qalibi Final (16 may) 11. 9-cu cütün qalibi – 10-cu cütün qalibi Вернуться назад |