Главная > gundem / manset > Səfər Mehdiyev öhdəlikləri yerinə yetirə bilmir? layihələr durdu, milyonlar getdi

Səfər Mehdiyev öhdəlikləri yerinə yetirə bilmir? layihələr durdu, milyonlar getdi


8-11-2019, 08:45. Разместил: rovshen


Son zamanlar Dövlət Başçısının iradəsi ilə yeni kadr islahatları, o cümlədən də struktur islahatları həyata keçirilir. Bir sıra dövlət qurumları fəaliyyətində yeniliklər etməyə başlayıblar. Konkret olaraq vətəndaşlarla ünsiyyət, şəffaflıq məsələlərinə xüsusi diqqət ayrılır. Azərbaycanda xüsusilə də birbaşa olaraq iqtisadi inkişafa təsir edə biləcək qurumlarda yeniliklər həyata keçirilir. Sosial sahədə, o cümlədən də qeyri-neft sektorundakı bir sıra yeniliklər və uğurlu nəticələr əldə edilməkdədir. Hətta bununla bağlı olaraq dövlət başçısı da çıxışında qeydlər etdi.

Lakin bu nəaliyyətlər sırasına Dövlət Gömrük Komitəsinin fəaliyyəti və gözlənilən etimadın dpğrulduğunu iddia etmək çətindir. Gundeminfo.az xatırladır ki, son zamanlar yerli mediada sturuktur islahatlarının davam edəcəyi təqdirdə Dövlət Gömrük Komitəsinin ləğv ediləcəyinə dair iddialar yer almaqdadır.

Lakin bununla belə, yalnız proqnozlar üzrə ödənişləri 100 faizin üzərində həyata keçirən bu komitə daha məhsuldar işləməklə bağlı olara islahatları, cari ilin əvvəlində başladılan bir sıra layihələri tamamlaya bilmir. 2019-cu ilin əvvələrində komitə sədri Səfər Mehdiyevin özünün və qurumun rəsmi şəxslərinin verdikləri açıqlamalar ilin yekunu olaraq özünü doğrultmur.

Gömrük sistemində bir sıra layihələri, xüsusilə də gömrük əməkdaşları ilə sahibkarların ünsiyyətinin aşağı endirilməsi üzrə pilot layihələr bağladılmalı idi. Bundan başqa gömrük sistemində elektronlaşdırma prossesi, gömrük bəyyənamələri, hesabatların verilməsinə dair bir sıra elektronlaşdırma layihələri həyata keçirilməli idi. Dəyəri milyonlarla ölçülən bu layihələr vəd edilən zamanda başa çatmamaqla yanaşı, ümumiyyətlə hər ansı postlarda tətbiqi, keçid məntəqələrində vətəndaşlar üçün daha rahat şəraitin yaraılmaması göz önündədir.

Faktiki olaraq hələdə gömrükdə bəzi broker şirkətlərinin inhisarçılıq etməsi faktı qalır. Vətəndaşların rahat şəkildə gömrük sistemindən istifadə etməsi istiqamətində mühim addımlar atılmayıb. Beynəlxalq yükdaşımalar üzrə tez və rahat gömrükkeçmə istiqamətində də nəzərdə tutulan layihələrin icrası yubanır.

Bütün bunlar isə yalnız proqnoz üzrə yığımları yerinə yetirməklə işini bitmiş hesab edən Səfər Mehdiyevin etimadı doğrultmadığından xəbər verir.

Mövzu ilə bağlı detallı araşdırmalarımız olacaq. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
gundeminfo
Вернуться назад