Главная > gundem / manset > "Tərtər rayonun icra başçısı Müstəqim Məmmədov şəhid ailəsinə zülm edir.."- İcra başçısı şəhid ailə\sindən nə istəyir? VİDEO

"Tərtər rayonun icra başçısı Müstəqim Məmmədov şəhid ailəsinə zülm edir.."- İcra başçısı şəhid ailə\sindən nə istəyir? VİDEO


5-11-2019, 20:59. Разместил: rovshen
"Tərtər rayonun icra başçısı Müstəqim Məmmədov şəhid ailəsinə zülm edir.."- İcra başçısı şəhid ailəsindən nə istəyir? VİDEO

"Tərtər rayonun icra başçısı Müstəqim Məmmədov nöqsanları haqqında dəhşətli faktlatı aşkarlandı"

Dəyərli tamaşaçılarmız, redaksiyamıza Tərtər rayonundan daha bir şikayətçimüraciyyət etdi.

Tərtər rayon Səhlabad kənd sakini şəhid oğlu Mahmudov Ziya Mehrac oğlu, şikayət xarakterli qısa videyo çəkərək kanalımızn WhatsApp nömürəsinə göndərdi.

Şikayətçi Mahmudov Ziya Mehrac oğlunun atası Mahmudov Mehrac Məhəmməd oğlu 1994-ci ilin Aprel ayının 24 də Qarabağ müharibəsi zamanı müstəqil torpağlarımız uğrunda qəhramancasına Şəhid olmuşdur.

Şəhid Mahmudov Mehrac Məhəmməd oğlu müharibədə igid, qəhramancasına Şəhid olduğu üçün 1998-ci ildə, Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən Azərbaycan Bayrağ ordeni ilə tərtif olunub.

Bütün bunlara baxmayaraq Şəhid oğlu Mahmudov Ziya Mehrac oğlunu Tərtər rayonun harınlamış İcra başçısı Müstəqim Məmmədov gün verib işıq vermir, sözün əsil mənasında gözünü aşmağa qoymur.


Biz Tərtər rayonunda Jurnalist araşdırması apararkən rayon sakinlərin bildirdiyinə görə İcra başçısı Müstəqim Məmmədov iş saatı bitməmiş rayonu tərk edir.

Ədalətli və hümanist Prezidentimiz İlham Əliyevin sərəncamı ilə Müstəqim Məmmədov 2014-cü ilin mayında icra başçısı təyin edilib və Müstəqim Məmmədov İcra başçısı təyin olunandan indiyə kimi demək olar ki, hər gün iş vaxtı bitməmiş Tərtər rayonunu tərk edərək, anadan olduğu Yevlax şəhərinə, və ya Azərbaycanın 2-ci Paytaxtı olan Gəncə şəhərinə üz tutur.

Başçı Müstəqim Məmmədova yaxın mənbələrin bildirdiyinə görə, o, bu addımı şəxsi təhlükəsizliyi naminə atır.

Belə ki, Tərtər rayonu cəbhə bölgəsi hesab olunduğu üçün, Müstəqim Məmmədov gecədə rayonda qalmaqdan qorxur.

Tərtər rayonu, şərəfsiz, mənfur eriməni dığaları ilə həmsərhət olmasına baxmayaraq, və demək olar ki hər gön atəşkəsin pozulmasına əhəmiyyət verməyərək rayon və kənd sakinləri doğma yurd-yuvalarını onlara əziz olan torpağlarını tərk etmirlər.

Amma təhsüf ki Tərtər Rayonuna rəhbərlik edən dırnaqarası, hafınlamış, icra başçısı Müstəqim Məmmədov, rayonu tərk edərək rayonda qalmağı qətiyyətlə imtina edir.

Dəyərli Prezidentimiz İlham Əliye Cənabları, qaynar bölgəsi olan Tərtər rayonunu və kəntlərini, adı çəkilən məsuliyyətsiz, işəyaramaz və harınlamış icra başçısı Müstəqib Məmmədova həvalə edərək rayona ləyaqətlə, vicdanla rəhbərlik edərək xalqın hər zaman xidmətində eləcədə hərzaman yanında olmağını ciddi şəkildə tapşırıb.

Qeyd edirik ki, 47 yaşlı Müstəqim Məmmədov 2012-2014-cü illərdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini işləyib. O, hazırki vəzifəsinə Prezident İlham Əliyev Cənablarının 7 may 2014-cü il tarixli sərəncamı ilə təyin edilib.

Hörmətli tamaşaçlarmz, bu Məsələ ilə bağlı, mövqeyini örgənmək məqsədi ilə, Tərtər rayon icra başçısının 1-ci müavini Ramiz Şabanov ilə əlaqə saxladıq və müavin Ramiz Şabanov redaksiyamıza şikayət edən Mahmudov Ziya Mehrac oğlunun həmçinin, Sadığov Babək Yolçu oğlunun şikayətləri əsassız olduğunu və rayon rəhbərliyinə şər-böhtan atdığını bildirdi.

Dəyərli tamaşaçılarmz, hər şey göz qabağındadır, 1-ci müavin Ramız Şabanovun belə bir mövqey bildirməsi əlbətdə yalandır.

Biz müstəqil, ədalətli, vicdanlı, və qərəzsiz Jurnalist olaraq bu məsələni geniş şəkildə Jurnalist araşdırması apararaq faktlar aşkar etdik və sözü gedən faktlafı, müsahibimin, müsahibəsinin sonunda izləyə bilərsiniz.

Əziz və çox Hörmətli tamaşaçılarmz, bizi izləməyi unutmayın, ardı gələn sayımızda məsələ hələdə diqqətimizdədir.

Teref.az olaraq qeyd etmək istəyirik ki, bir necə gün bundan əvvəl "Qarabağın Həcəri" kimi mşhur olan Tərtər sakini, Qarabağ veteranı Səbirə Mahmudovada Tərtər rayonun İcra başçısı Müstəqim Məmmədovdan Prezidentə sosial şəbəkə vasitəsi ilə şikayət ünvanlamışdı.
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az

Вернуться назад