Главная > gundem / kriminal > Biləsuvarda yardımçı təsərrüfata basqın olub – Xeyli pul apardılar

Biləsuvarda yardımçı təsərrüfata basqın olub – Xeyli pul apardılar


4-11-2019, 15:41. Разместил: rovshen


Biləsuvar rayonunda quldurluq etmiş şəxs tutulub.

Millitv.az publika.az-a istinadən xəbər verir ki, Biləsuvar RPŞ-yə müraciət edən Aşağı Curəli kənd sakini M.Məmmədov oktyabrın 31-nə keçən gecə evinin həyətindəki yardımçı təsərrüfata gəlmiş 2 nəfərin onu döyüb 1750 manatını və mobil telefonunu aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Pərviz Babayev saxlanılıb, daha 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Araşdırmalar davam etdirilir.


Вернуться назад