Главная > gundem / dunya > Tramp Zelenskini Ağ Evdə görmək istədi

Tramp Zelenskini Ağ Evdə görmək istədi


3-11-2019, 09:47. Разместил: rovshen


ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenskini Ağ Evdə məmnuniyyətlə qəbul edərdi.

TASS-ın məlumatına əsasən, bu barədə Tramp Nyu-Yorka uçmamışdan qabaq Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib.

“Mən onun Ağ Evə gəlməyini istəyərdim”, - deyə Amerika lideri bildirib və əlavə edib ki, Zelenskinin yaxın zamanlarda gələcəyinə əmindir.

Ukrayna və ABŞ prezidentlərinin əvvəlki görüşü sentyabrın 25-də olub.

Вернуться назад