Главная > gundem / idman > Azərbaycan ağırlıqqaldıranı Belarusda qızıl medal qazanıb
Azərbaycan ağırlıqqaldıranı Belarusda qızıl medal qazanıb2-11-2019, 23:50. Разместил: rovshen |
Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova Belarusun Qrodno şəhərində ikiqat Olimpiya çempionu Aleksandr Kurloviçin xatirəsinə həsr olunmuş beynəlxalq “Alexander Cup” turnirində qızıl medal qazanıb. Azərbaycan Ağır Atletika Federasiyasından APA-ya verilən məlumata görə, 59 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançı bütün rəqiblərini qabaqlayıb. Atlet toplam 215 kq (95+120) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Noyabrın 5-dək davam edəcək yarışda Nailxan Nəbiyev də qüvvəsini sınayacaq. Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına gümüş səviyyəli lisenziya xarakterli olan bu yarışda 18 ölkədən 80 atlet medallar uğrunda mübarizə aparır. Вернуться назад |