Главная > gundem / idman > "Qızıl top"u Ronaldo qazanacaq - Corriere dello Sport

"Qızıl top"u Ronaldo qazanacaq - Corriere dello Sport


28-10-2019, 16:23. Разместил: rovshen


İtaliyanın “Corriere dello Sport” nəşri bu il “Qızıl top”u “Yuventus”un futbolçusu Kriştiano Ronaldonun qazanacağını yazıb.

Qol.az-ın məlumatına görə, mənbə mükafatı təqdim edən “France Football”un Turində olduğunu qeyd edib. Fransalı media nümayəndələrinin portuqaliyalı hücumçu və “Yuventus”un idman direktoru Fabio Paratiçi ilə nahar etdikləri də bildirilib.

Güman olunur ki, artıq Ronaldo ilə qalibin adı açıqlanandan dərhal sonra yayımlanan reportaj da hazırlanıb.

Qeyd edək ki, "Qızıl top"un qalibi dekabrın 2-də Parisdə elan ediləcək.

Вернуться назад