Главная > gundem / dunya > İkili standartlar Avropa Birliyinin dağılmasına səbəb olacaq - Ərdoğan

İkili standartlar Avropa Birliyinin dağılmasına səbəb olacaq - Ərdoğan


24-10-2019, 17:32. Разместил: rovshen


“İkili standartlar Avropa Birliyinin dağılmasına səbəb olacaq”.

Redaktor.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə bəyanatla çıxış edib. O bildirib ki, Ankaranın Suriyada sabitliyi bərpa etmək üçün irəli sürdüyü təklifləri Avropa Birliyi hələ indi dilə gətirir. Ərdoğanın sözlərinə görə, Böyük Britaniyanın Avropa Birliyindən ayrılması prosesləri də qurumun yürütdüyü ikili siyasətin nəticəsidir.

Suriyalı mühacirlərlə bağlı verilən vədlərin yerinə yetirilmədiyinə diqqət çəkən Ərdoğan bəyan edib ki, vaxtı gələndə Türkiyə qapılar açaraq, mühacirlərin Avropaya keçməsinə əngəl olmayacaq.
Вернуться назад