Главная > gundem / manset > Akif Əlizadənin istefa ərizəsi qəbul olunub - "Gün ərzində namizədlər müəyyən olunacaq və seçkilər keçiriləcək"

Akif Əlizadənin istefa ərizəsi qəbul olunub - "Gün ərzində namizədlər müəyyən olunacaq və seçkilər keçiriləcək"


23-10-2019, 14:35. Разместил: rovshen


“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin istefa ərizəsi artıq qəbul olunub”.

Bunu APA-ya açıqlamasında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

Bu gün AMEA prezidenti vəzifəsinə seçkilərin keçiriləcəyini vurğulayan İ. Həbibbəyli qeyd edib ki, prezidentliyə namizədlərlə bağlı onda hər hansı məlumat yoxdur: “Rəyasət Heyəti kollegial orqandır, yəqin ki, gün ərzində prezidentliyə namizədlər müəyyən olunacaq və seçkilər keçiriləcək”.

Qeyd edək ki, AMEA prezidenti Akif Əlizadə səhhəti ilə bağlı istefa ərizəsi yazıb.
Вернуться назад