Главная > gundem / ust > AMEA-nın yeni prezidentliyinə ŞOK NAMİZƏD - Kimsə bunu ehtimal etmir...

AMEA-nın yeni prezidentliyinə ŞOK NAMİZƏD - Kimsə bunu ehtimal etmir...


23-10-2019, 14:03. Разместил: rovshen
AMEA-nın yeni prezidentliyinə ŞOK NAMİZƏD - Kimsə bunu ehtimal etmir...

Prezidenti İlham Əliyev oktyabrın 21-də Baş Nazirin müavinləri Əli Həsənovla Hacıbala Abutalıbovu pensiyaya yola salarkən yaşı 70-i ötmüş vəzifə sahiblərini istefa mədəniyyəti göstərməyə çağırıb.

Ölkə başçısı 71 yaşlı Əli Həsənovla və 75 yaşlı Hacıbala Abutalıbova Nazirlər Kabinetinin tərkibinə nisbətən cavan kadrların cəlb olunacağını xatırladıb.

“...daha gənc nəslə yol vermək lazımdır. Ona görə sizin ərizə ilə mənə müraicətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm”, - İlham Əliyev vurğulayıb.

Ölkə başçısının bu çağırışına Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, 85 yaşlı akademik Akif Əlizadə müsbət reaksiya verib. Akif Əlizadə AMEA-nın bu günə çağırılan yığıncağında istefa verdiyini rəsmən elan edəcək.

Bu gün saat 16:00-da AMEA-nın Rəyasət Heyətinin iclası keçiriləcək və orada elm ocağına yeni prezident seçiləcək.

Modern.az sayına Azərbaycan Milli Elmlər Akademiyasının yeni prezidentinin kim olacağı barədə şok məlumat daxil olub. Lakin həmin məlumatı tam dəqiqləşdirə bilmədiyimizdən, bu yazıda şəxsin kimliyini qeyd edə bilmirik.

Məlumatı verən mənbə bildirib ki, AMEA-nın prezidenti vəzifəsinə ölkədə hamının tanıdığı və yüksək vəzifə tutan məmurlardan biri seçiləcək. Bəlkə də çoxları həmin şəxsin bu vəzifəyə seçiləcəyini ağlına belə gətirmir.
Вернуться назад