Главная > gundem / medeniyyet > “İstedArt” layihəsinin yeni mövsümünə start veriləcək

“İstedArt” layihəsinin yeni mövsümünə start veriləcək


15-10-2019, 15:01. Разместил: rovshen


Oktyabrın 17-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İstedArt” layihəsinin yeni mövsümünə start veriləcək.

İdarədən AZƏRTAC-a bildirilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan layihənin növbəti açılış mərasimi Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində reallaşacaq.

Layihədə müxtəlif internat məktəbləri, sağlamlıq imkanlari məhdud və Daun sindromundan əziyyət çəkən uşaqlar iştirak edəcəklər.

Uşaqlar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi hesabına rəssamlıq, heykəltəraşlıq, keramika və qrafika sənəti üzrə doqquz ay ərzində dərs alacaqlar. Bu kimi layihənin təşkilində məqsəd nəsildən-nəslə ötürülən sənət növlərinin qorunub-saxlanması ilə yanaşı, əqli zəifliyi olan uşaqları incəsənət növlərimiz ilə tanış etmək, onları ruhlandırmaq, gələcək peşə seçimində yardım etməkdən ibarətdir.
Вернуться назад