Главная > gundem / dunya > ABŞ-ın KÜRD SEVDASI... - "Sülh çeşməsi"ndə boğulacaq

ABŞ-ın KÜRD SEVDASI... - "Sülh çeşməsi"ndə boğulacaq


10-10-2019, 15:01. Разместил: rovshen


Türkiyənin ABŞ, Rusiya və İrandan daha çox Suriyada qalmaq hüququ var.

Redaktor.az bildirir ki, politoloq Məhəmməd Əsədullazadə Türkiyənin Suriyanın şimalında keçirdiyi əməliyyatlara Avropa Birliyinin etiraz etməsinin səbəblərinə aydınlıq gətirib.



Politoloq hesab edir ki, bu, Ankaranın regional gücdən qlobal siyasətə təsir edən bir ölkə statusuna malik olması narahatlıq yaradır:

“Artıq, Türkiyə kifayət qədər xarici siyasətində müstəqil hərəkət edərək, öz milli təhlükəsizliyini və suverenliyini qorumaqda prinsipiallıq göstərir. ABŞ və AB ölkələri də məhz Ankaranın bu siyasəti qarşısında pat vəziyyətinə düşüblər. Avropa İttifaqı və ABŞ Türkiyənin hansısa bir terror təşkilatına qarşı hərbi əməliyyatına görə narahat deyillər. Ankranın onlarla hesablaşmamasından rahatsızdırlar. Bundan əlavə, bu hərbi əməliyyatlarla Ərdoğanın kifayət qədər siyasi nüfuzunun yüksəlməsindən əndişəlidirlər. Çünki, Ərdoğan Qərbin qarşısında Türkiyəni kifayət qədər müstəqil edib”.

Politoloq vurğulayıb ki, Türkiyə 911 kilometr Suriya sərhəddini nəzarətə götürərək, öz geosiyasi maraqlarını kifayət qədər gücləndirəcək:

“Rusiya, İran və ABŞ-dan daha çox rəsmi Ankara Suriyada hərbi əməliyyatlar aparmaqda haqlıdır. ABŞ, Rusiya və İran sərhədləri olmayan uzaq bir Suriyada nə gəzir? Vaşinqtonda Türkiyəyə qarşı sanksiya bəyanatları sabun köpüyüdür. Birləşmiş Ştatlar Suriyada nə axtarırsa, Ankara da Suriyada onu edir. Artıq, Rusiya ilə İran kimi Ankara da Suriya məsələsində söz sahibidir”.

M. Əsədullazadə qeyd edib ki, bu əməliyyata başlayan Türkiyə böyük bir areala nəzarət etməklə, kürd separatizminin və terrorizminin qarşısını almış oldu:

“Bu əməliyyat həmçinin Suriyanın ərazi bütövlüyünün qorunması deməkdir. Türkiyə bu əməliyyata başlamasaydı, burada YPG kvazi dövləti yaradılıb, Suriyanın və Türkiyənin ərazi bütövlüyünü təhdid edəcəkdi. Bu əməliyyata YPG terrorçuları müqavimət göstərsə də, nəticəsiz qalacaq. YPG terrorçuların Əsəd rejimi ilə danışıqlara gedib, Türkiyəyə qarşı ittifaq qurmaq təklifi Dəməşq tərəfindən qəbul edilməyəcək. Türkiyə bu əməliyyatdan sonra, Moskvanın vasitəsilə Əsəd rejimi ilə əlaqələri bərpa edilə bilər”.
Вернуться назад