Главная > gundem / ust > Azərbaycanın ən böyük ticarət mərkəzilərindən biri sökülür? - VİDEO
Azərbaycanın ən böyük ticarət mərkəzilərindən biri sökülür? - VİDEO10-10-2019, 14:32. Разместил: rovshen |
Tez-tez yanğınların baş verdiyi Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində söküntü işlərinə başlanılıb. DİA.AZ bizimyol.info-ya istinadən xəbər verir ki, söküntü işləri ticarət mərkəzinin şərti olaraq "Birinci ərazi" adlandırılan yerdə aparılıb. Bu ərazidə yenidənqurma işlərinin aparılacağı bildirilir. Qeyd edək ki, "Sədərək" Ticarət Mərkəzi 1995-ci ildən Binə qəsəbəsi yaxınlığında fəaliyyətə başlamış, sonradan şəhərdə aparılan tikinti və abadlaşdırma işləri ilə əlaqədar 2009-cu ilin aprel ayında Lökbatan qəsəbəsinə köçürülüb. Söküntü ərazisindən hazırlanan videoreportajı təqdim edirik: Вернуться назад |