Главная > gundem / dunya > Ruslar MAYDANın heyfini çıxır - Zelenski TƏLƏYƏ DÜŞƏ BİLƏR

Ruslar MAYDANın heyfini çıxır - Zelenski TƏLƏYƏ DÜŞƏ BİLƏR


4-10-2019, 16:49. Разместил: rovshen


“Krımın Rusiya tərəfindən ilhaqına göz yumulacaq”.

Redaktor.az bildirir ki, politoloq Məhəmməd Əsədullazadə Ukrayna və Rusiya arasında Donbas münaqişəsinin həlli üçün irəli sürülən Ştaynmayer “yol xəritəsi”nin qəbul edilmə perspektivlərinə münasibət bildirib.



Politoloq hesab edir ki, bu “yol xəritəsi” Normand formatı çərçivəsində qəbul edilərsə, Rusiyaya qarşı iqtisadi sanksiyaları Avropa aradan qaldıracaq:

“Avropa Rusiya ilə münasibətlərin qaydaya salınması üçün yollar axtarırdı. Putinin Fransaya səfərində bu plan razılaşdırılıb. Yol xəritəsi razılaşdırılsa, Krımın Rusiya tərəfindən ilhaqına göz yumulacaq. Donbas münaqişəsinin həllini özündə ehtiva edən bu plana ABŞ-ın razılığı elan edilməyib. Rusiya bu planı reallaşdırmaqla ciddi şəkildə dividentlər əldə edəcək. Krım məsələsi arxa plana keçəcək, Avropa ilə Rusiya arasında iqtisadi münasibətlər yoluna qoyulacaq. Avropa ABŞ əlaqələrini zəiflədəcək. Həmçinin Ukraynaya qarşı təzyiqləri artıracaq”.

Politoloq vurğulayıb ki, bu plan Rusiyanın maraqlarına cavab verməsəydi, Kreml tərəfindən rədd edilərdi:

“Onsuz da Donbas və Luqanskda etnik ruslara qarşı heç vaxt ayrıseçkilik olmayıb. Bu ərazilərin müstəqiliiyinə və muxtariyyətinə ehtiyac olmayıb. Rusiya ABŞ-la geosiyasi münaqişə səbəbindən “Maydan” inqilabına cavab olaraq bu ərazilərdə etnik qarşıdurma və separtizmi alovlandırıb. Rusiyanı burada rusların ümumi vəziyyəti maraqlandırmır. Moskvanı Ukraynanı nəzarətdə saxlamaq maraqlandırır”.

M. Əsədullazadə bildirib ki, Ukrayna hakimiyyəti avrointeqrasiyanı Moskva siyasəti ilə dəyişəcəksə, bu, Zelenskinin siyasi fiaskosu olacaq:

“Artıq, ona qarşı etirazlar baş qaldırır. Krım problemi olmasaydı, yol xəritəsi ilə razılaşmaq olardı. Bu plan Krımı arxa fona keçirir. Ümumiyyətlə Rusiya Krımı Ukrayanaya qaytarmayacaq”.

Politoloq qeyd edib ki, Normand formatında Fransa, Almaniya ABŞ-la siyasi ziddiyyətə malikdir:

“Hər iki ölkə Rusiya ilə daha yaxın münasibətlərə malikdir. Demək, ABŞ-ın iştirakı olmadan Fransa prezidenti Makron və Almaniya kansleri Angela Merkel Zelenskini Rusiya ilə barışmağa inandırıb və ABŞ-sız Avropa siyasətini qururlar. Fransa, Almaniya və Rusiya Ukrayna xalqının ziddinə gedərək, Krımsız Ukrayna modelini yaradırlar. Ukrayna xalqı Krımın itirilməsi ilə barışmayacaq. Zelenskinin bu siyasəti Donbası Ukraynanın yuridiskiyasına qaytarsa da və müharibəyə son qoysa da, Krım əldən çıxacaq. Bununla da Rusiyanın Ukraynada mövqeyi güclənəcək. Vaşinqton ona görə Maydan inqilabını etmədi ki, bir neçə ildən sonra Ukrayna yenidən Rusiyanın orbitinə düşsün”.
Вернуться назад